Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib
Ceyhun Tağıyev Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Zeferinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Ceyhun Tağıyev 1979-cu ildə anadan olub. Hüquqşünaslıq ixtisası üzrə 2000-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi ilə təltif edilib.
Ceyhun Tağıyev 2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub. Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.