Ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Zeferinfo.az xəbər verir ki, görüşdə Azərbaycan və İraqın müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirdiyi, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.
Munther İbrahim Hüsseyn səmimi qəbula görə öz minnətdarlığını bildirərək qarşılıqlı səfərlərin ölkələr arasında məhkəmə və ədliyyə sahəsində əməkdaşlığın genişlənməsinə təkan verdiyini, hüquqi sahədə əldə olunan irəliləyişləri, eləcə də belə səfərlərin qarşılıqlı təcrübələrin öyrənilməsində vacibliyini qeyd edib.
Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.