DYP piyadalara müraciət etdi - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
İdarədən Zeferinfo.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları kimi sizləri sadalanan qaydalara qeyd-şərtsiz əməl etməyə, öz həyat və sağlamlığınızı təhlükəyə atmamağa çağırırıq".