“2005-ci ildə Moskvada böyük bir sərgi keçirildi. Həmin sərgidə mən viski də çıxartdım. Hamı mənə gülürdü ki, Tovuz hara, Azərbaycan hara. Komissiya bizdən nümunələr götürdü, 3 gündən sonra yığıldıq. Baxanda gördüm ki, 97 ölkənin şərab, konyak, viski zavodlarından nümunələr götürüblər. Onların arasından Tovuz viskisi ilin ən yaxşı viskisi adına layiq görüldü, qızıl medal aldıq orada”.
Demokrat.az xəbər verir ki, bunu “Tovuz-Baltiya” şirkətinin rəhbəri, məşhur iş adamı Naiq Məmmədhəsənov deyib.
İş adamı bildirib ki, bir ay sonra "Scotch Whisky Association"dan məktub alıb:
“Məktub gəldi ki, biz bunu istehsal edirik, siz müsəlman ölkəsi bunu haradan bilirsiniz? Bir neçə texnoloji prosesdən də yazmışdılar. Bir neçə yerdə səhv də etmişdilər, nə olsun ki, şotlanddır. Mən araşdırdım və gördüm ki, içki mədəniyyəti Qafqazdan, xüsusən Azərbaycandan Avropaya gedib. VII əsrdə ərəblər Azərbaycan ərazisini tutduqdan sonra üzümdən spirtli içki hazırlanmasını dayandırdılar. Ərəblərin hakimiyyəti dövründə yalnız kişmiş və bəhməz hazırlanmasına icazə verilirdi. Bundan sonra Avropa bu sahədə irəli keçdi. Viski Avropada 1713-cü ildə istehsal olunmağa başlayıb.
Dünyada ilk dəfə viskini Abdulhəsən adlı hindli hazırlayıb. O vaxt imkanlı adamlar ömrünün sonuna az qalmış Atəşgaha gəlirmiş ki, dünyadan burada köçsün və cənnətə düşsün. Abdulhəsən də imkanlı şəxs imiş. Burada o, dizinfeksiya üçün spirt istehsal etməli olub. İlk dəfə üzümdən spirt çəkəndə ona "əl-kühl" deyib, yəni göz yaşı qədər təmizdir. “Alkoqol” sözü buradan gəlir, ərəb sözüdür. Yəni bu söz məhz Bakının Atəşgahından başlayıb. Şotlandlar iddia edir ki, ilk viskini onlar hazırlayıb, irlandlar isə özlərinin hazırladıqlarını deyirlər. İrlandlar bildirirlər ki, onlar bunu hindlilərdən öyrəniblər”.
Cavidan Mirzəzadə: Demokrat.az