İnfoturun əsas məqsədi qeyd olunan regionda aqroturizm imkanlarının geniş təbliğ olunması, son illərdə bu sahədə aparılan işlərin nümayiş etdirilməsi və yeni yaradılmış müəssisələrin tanıdılmasıdır.
Oğuz, Şəki, Qax və Zaqatala rayonlarını əhatə edən infotur çərçivəsində əsas istirahət-əyləncə mərkəzləri, muzeylər, balıqçılıq, arıçılıq, şərabçılıq və eko-aqro turizm təsərrüfatları, təbii turizmi imkanlarına malik təbiət nümunələri ziyarət olunub.
Səfər iştirakçıları regionun yerli mətbəx nümunələri ilə tanış olublar.
Tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi və səfər olunan məkanların geniş auditoriyaya çatdırılması, təbliğat işlərinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.