Zeferinfo.az xəbər verir ki, bunu fondun mətbuat katibi Rəşad Mehdili bəzi vətəndaşların sosial ödəniş ala bilməməsinə münasibət bildirərkən deyib.
O əlavə edib ki, qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil:
"Şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır. Bundan sonra sosial ödənişlərinin davam etdirilməsi mümkün olacaq".