Dövlətə xəyanətdə ittiham olunan şəxsə 16 il həbs cəzası verilib

Zeferinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Təqsirləndirilən şəxsə elan edilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla öz təsdiqini tapıb.
Hökmə əsasən, Həsən Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 16 il müddətinə azadlıqdan mərhum edilib.
İttihama görə, Həsən Hüseynov xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək həmin orqanın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə verilən tapşırıqlarının icra edilməsi istiqamətində gizli fəaliyyət göstərib, həmçinin ölkə ərazisində xüsusi xidmət orqanlarının göstərişi ilə digər məxfi tapşırıqları yerinə yetirən şəxslərə pul vəsaitini şəxsən köçürərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edib dövlətə xəyanət edib.