Dövlət Xidmətinin əməkdaşları Heydər Əliyevin xatirəsini yad edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib.
Dövlət Xidmətindən Zeferinfo.az-a verilən xəbərə görə, SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunda yerləşən struktur bölmələrin bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.