Dövlət Xidməti: "Telegram" üzərindən hücumlarla bağlı araşdırma aparılır

Bu barədə Zeferinfo.az-a Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, fişinq hücumlarının intensivliyi getdikcə artır. Son günlərdə Telegram istifadəçilərinin hesablarını ələ keçirmək məqsədilə kibercinayətkarlar tərəfindən yeni fişinq üsullarından istifadə olunur. Belə ki, vətəndaşlara müxtəlif sosial mühəndislik metodlarından istifadə edərək naməlum linklər göndərilir.
Həmin linklər açıldıqda Telegram-ın giriş səhifəsinə bənzər saxta interfeys təqdim olunduğunu görə bilərik. Bu istifadəçi məlumatlarını ələ keçirmək üçün ən çox istifadə olunan yollardan biridir. Zərərçəkmiş şəxsə müxtəlif vədlər verərək öz hesabına daxil olması tələb olunur.
Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir. İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür.