Dövlət Xidməti: Ötən il 3 817 təhlükəsizlik parametri müəyyən edilib
Zeferinfo.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, qurum laboratoriyaların milli və beynəlxalq standartlara uyğun fəaliyyətinin təşkil edilməsi məqsədilə diaqnostik qiymətləndirmələr aparıb. Təhlillər əsasında qabaqcıl texniki reqlamentlər, qaydalar və istinad standartları nəzərə alınıb. Müəyyən edilmiş təhlükəsizlik parametrləri üzrə 31 dövlət orqanının tabeliyində olan və akkreditasiya olunmuş 90 sınaq laboratoriyasının imkanları qiymətləndirilib.
Dövlət Xidmətinin rəisi əlavə edib ki, görülən tədbirlər nəticəsində ölkədə keyfiyyət infrastrukturunun inkişafına, laborator sınaq nəticələrinin etibarlılığına olan etimadın artmasına, ətraf mühitin mühafizəsinə, əlverişli biznes mühitinin təmin edilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın möhkəmlənməsinə mühüm töhfə veriləcək.