Dövlət Xidməti: Dövlət saytlarına kütləvi DDOS hücumları müşahidə olunur

Bir neçə gündür ki, Azərbaycanda dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.
Zeferinfo.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, tərəfindən kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işlər davam etdirilir.
"Bununla bağlı bəzən real IP ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir. Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus IP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur", - deyə açıqlamada qeyd olunub.