Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər müəyyənləşdiriləcək.
Zeferinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.