Dövlət və özəl sektorda rəqəmsallaşma səviyyəsinin diaqnostikası ilə bağlı qaydalar təsdiq edilib

Dovlet ve ozel sektorda reqemsallasma seviyyesinin diaqnostikasi ile bagli qaydalar tesdiq edilib

"Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilib.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzlayıb.

Bu Qaydalar dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin, digər büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının (bundan sonra – qurumlar), habelə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) internet informasiya ehtiyatı vasitəsilə könüllü ötürülən məlumatlar əsasında sahibkarlıq subyektlərinin (kiçik, orta və iri) informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının (bundan sonra – diaqnostika) həyata keçirilməsi qaydalarını müəyyən edir.

Sənədə əsasən, bu qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.

Bu qaydalar ali kateqoriya dövlət orqanlarına, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.

Back To Top