Dövlət sərhədində 4 tondan çox narkotik vasitənin qanunsuz keçirilməsinin qarşısı alınıb
2025-ci il ərzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən, eləcə də digər hüquq mühafizə orqanları ilə birgə keçirilən tədbirlər zamanı külli miqdarda qanunsuz yük aşkar edilib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində deyilib.
Belə ki, 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78 457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.