Dövlət qulluğuna qəbul imtahanında dəyişiklik olundu

Microsoft şirkəti tərəfindən “Windows 10” əməliyyat sisteminin rəsmi dəstəyi 14 oktyabr 2025-ci ildə başa çatır.
Bu barədə Zeferinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən informatika üzrə dövlət qulluğuna qəbul imtahanı proqramından “Windows 10” əməliyyat sistemi ilə bağlı mövzular çıxarılıb və əməliyyat sisteminin “Windows 11” versiyası ilə bağlı mövzular əlavə edilib.
Proqramda aparılmış bu dəyişiklikdən sonra ilk dəfə 16 oktyabr 2025-ci il tarixində keçiriləcək dövlət qulluğu imtahanında “Windows 11” əməliyyat sistemində “Windows 10”la eyni olanlar haqqında tapşırıqlar yer alacaq.