Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nin həbs etdiyi Mirədalət Talışxanova hökm oxunub

Dovlet eleyhine aciq cagirislara gore DTX-nin hebs etdiyi Miredalet Talisxanova hokm oxunub

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Zeferinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mirədalət Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb.

Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.