Dövlət Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv olmaq istəyir
Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, hazırda Assosiasiya Agentliyin üzvlüklə bağlı müraciətinə baxır.
Xatırladaq ki, İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsində ilk dəfə Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi üçün 40 min manat nəzərdə tutulub. Fondun büdcəsini Prezident İlham Əliyev ötən gün təsdiqləyib.