DMX: Ötən ay müvəqqəti yaşama icazəsi ilə bağlı üç minə yaxın müraciət qeydə alınıb

Ötən ay Dövlət Miqrasiya Xidmətində (DMX) müvəqqəti yaşama icazəsi ilə bağlı 2 min 621 müraciət qeydə alınıb.
Zeferinfo.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Məlumata əsasən, bundan başqa, 237 müraciət müvəqqəti olma müddətinin uzadılması, 558-i vətəndaşlıq məsələləri, 952-si olduğu yer üzrə qeydiyyat, 376-sı daimi yaşama icazəsi, 907-si iş icazəsi, 298-i inzibati xəta, 2 792 müraciət isə digər məsələlərlə bağlı olub.