Dmitriyev Davosda Uitkoff və Kuşnerlə Ukrayna üzrə sülh planını müzakirə edəcək

Dmitriyev Davosda Uitkoff ve Kusnerle Ukrayna uzre sulh planini muzakire edecek
Rusiyanın Prezidentinin xüsusi nümayəndəsi Krill Dmitriyev Davosda keçiriləcək Dünya İqtisadi Forumunda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerlə görüşəcək.

Zeferinfo.az xəbər verir ki, bu barədə “Axios" məlumat yayıb.

Məlumata görə, görüş yanvarın 20-də baş tutacaq. Tərəflərin ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, Dünya İqtisadi Forumu yanvarın 19-dan 23-dək keçiriləcək. 2022-ci ildən bəri tədbirə Rusiyanın rəsmi şəxsləri və biznes nümayəndələri dəvət olunmur.