Diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb

Diplomatik korpusun numayendelerinin Lacin rayonuna seferi baslayib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfərə gəliblər. Qonaqların səfəri Laçın rayonundan başlayıb.

Zeferinfo.az xəbər verir ki, diplomatlar Laçın Beynəlxalq Hava Limanında qarşılanıb.

Hava limanı ilə tanışlıq zamanı qonaqlar aeroport haqqında məlumat verilib. Laçın səfəri çərçivəsində qonaqlar şəhərdə bir sıra məkanlarda olacaqlar.

Onların, Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanışlığı nəzərdə tutulub.

Xəbər yenilənəcək