DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış etdi - VİDEO

Bu barədə Zeferinfo.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub:
"Dələduzlar sizə zəng edib, mesaj yazıb və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər.
Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!".