DİN əməkdaşları III MDB Oyunları zamanı fasiləsiz xidməti davam etdirir

DIN emekdaslari III MDB Oyunlari zamani fasilesiz xidmeti davam etdirir

Daxili İşlər Nazirliyi (DIN) III MDB Oyunları çərçivəsində Gəncə şəhərində keçirilən bir neçə növ idman yarışları zamanı təhlükəsizliyin təmini tədbirlərini tam həyata keçirir.

Bu barədə Zeferinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları yarışların keçirildiyi bütün ərazilərdə ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hər hansı neqativ və hüquqazidd halların qarşısının vaxtında alınması məqsədilə fasiləsiz rejimdə xidmət aparırlar.