Zeferinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusilə valideyn qruplarında naməlum şəxsin azyaşlıları qaçırması və ya əxlaqa uyğun olmayan təkliflər etməsi barəsində səs yazıları yayılır.
Hətta çadralı şəxsin üzünün görünmədiyi video da paylaşılaraq bu şəxsin əslində kişi olduğu və uşaqları oğurladığı iddia edilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, uşaq qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, polis orqanlarına bununla bağlı hər hansı kriminal tərkibli məlumat daxil olmayıb: “Vətəndaşlara tövsiyə edirik, diqqətli olsunlar, əsası olmayan belə məlumatları paylaşmasınlar. Bütün iddialar üzrə araşdırmalar aparılıb. Belə bir fakt yoxdur, qeydə alınmayıb”.