DİN-də yeni TƏYİNAT

DIN-de yeni TEYINAT

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.

Zeferinfo.az  Oxu24.com-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Rüfət Allazov adıçəkilən idarənin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Allazov Rüfət Vaqif oğlu 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.