DİN çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara görə müraciət edib

Zeferinfo.az DİN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:
"Çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olun! İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin.
Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın".