DİN çağırış edir: bank kartlarınızı qoruyun

DIN cagiris edir: bank kartlarinizi qoruyun
Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır.
Zeferinfo.az  xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidməti növbəti dəfə çağırış edir, vətəndaşların sadə təhlükəsizlik qaydalarına əməl etməyə diqqəti yönəldir. 
Məlumatda vurğulanır: 
— Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq məqsədi daşıyır.
— Hər SMS-ə cavab verməyin. "Bonus qazandınız”, "Hesabınız bloklanıb”, "Təcili ödəniş edin” kimi mesajlar tələ ola bilər.
— Hər linkə daxil olmayın. Saxta saytlar kart məlumatlarınızı ələ keçirmək üçün hazırlanır.
— Şəxsi məlumatları paylaşmayın. PIN, CVV, 16 rəqəmli kart nömrəsi və SMS kodlar yalnız sizə məxsusdur.
Diqqətə çatdırılıb ki, Sizə zəng edən heç bir bank əməkdaşı şəxsi kart məlumatlarınızı istəmir. Şübhəli hal gördükdə dərhal bankınıza və polisə məlumat verin.