DİM tələbə adını qazanan abituriyentlərə müraciət etdi

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbulda əsas yerləşdirilmədən sonra qəbul olan abituriyentlər sentyabrın 8-dək (8-də daxil olmaqla) qeydiyyatdan keçməlidirlər.