Dələduzluq ittihamı ilə işi məhkəmədə olan şəxs eyni əməli yenidən törədib

Deleduzluq ittihami ile isi mehkemede olan sexs eyni emeli yeniden toredib
Bir müddət əvvəl işə düzəltmək adı ilə iki nəfərə 20 min manata yaxın maddi ziyan vurduğuna görə dələduzluq ittihamı ilə işi məhkəmədə olan şəxs eyni əməli yenidən törədib

Bu barədə Zeferinfo.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə müxtəlif şəxslərin etibarından sui istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirib.

Bundan başqa, N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha iki şəxsə 20 min manata yaxın maddi ziyan vurduğuna görə N.Həsənzadə barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.