Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində qışa hazırlıq vəziyyəti yoxlanılıb

Daxili Qosunlarin Naxcivanda yerlesen herbi birlesmesinde qisa hazirliq veziyyeti yoxlanilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində minik avtomobillərinin qış istismar dövrünə hazırlığı yoxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Zeferinfo.az-a bildirilib ki, yoxlama zamanı avtomobillərin şinlərinin, əyləc sisteminin, elektrik sisteminin və digər hissələrin sazlığı yoxlanılıb, eləcə də avtomobildə olan tibb qutusunun içindəki ləvazimatlar yanğınsöndürmə balonu və digər avadanlıqlara baxış keçirilib.

Avtomobillərin və digər avadanlıqların texniki vəziyyətinin yoxlanılması, ehtiyac olarsa təmir işləri aparılması ekstremal şəraitdə effektivliyin qorunmasına, hərbi tapşırıqların vaxtında və uğurla yerinə yetirilməsinə zəmanət verir.