Daxili Qoşunları yaranmasının ildönümü qeyd edilib - VİDEO

DİN-dən Zeferinfo.az-a verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Həmin gün Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov təməli Milli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.
Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Tədbirə yekun vuran nazir V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.