Aksiya çərçivəsində Daşkəsən şəhərində qeydiyyatda olan şəhid ailələrinin üzvləri ziyarət edilib. Vətəndaşlara aksiya təşkilatçılarının səmimi təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilən bu cür sosial aksiyalar dövlətin sosial-iqtisadi yönümlü proqramlarına dəstək məqsədi daşıyır. Səhmdar Cəmiyyəti və onun törəmə müəssisəsi 2025-ci il ərzində əlamətdar günlərdə hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgələrdə yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədi ilə ümumilikdə 1000-dən çox ailəyə sovqatlar təqdim edib.