Daha üç itkin-şəhid dəfn olunacaq

Daha uc itkin-sehid defn olunacaq
Daha üç Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Qeyd edilib ki, iyulun 4-də hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlu Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.