Daha bir tiktoker həbs edildi

"TikTok" sosial şəbəkəsində "HQ" ləqəbi ilə tanınan Həqiqət Qəhrəmanova 10 sutkalıq inzibati həbs cəzası alıb.
Zeferinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, tiktokerin həbsinə səbəb sosial şəbəkədə nalayiq ifadələr işlətməsi göstərilib.
Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında məhkəmə qərarı ilə onun barəsində 10 günlük həbs tədbiri seçilib.