Çörəyindən siqaret kötüyü çıxan həmin müəssisədə YOXLAMA
![Coreyinden siqaret kotuyu cixan hemin muessisede YOXLAMA](https://zeferinfo.az/uploads/2025/02/6-365.jpg)
İçərisindən siqaret kötüyü çıxdığı iddia olunan çörəyin emal olunduğu müəssisədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb.
Bu barədə Zeferinfo.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən "Qarabağ" ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, çörəkdən siqaret kötüyünün çıxması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. İstehsalçı şirkət isə yayılan görüntünün həqiqətə uyğun olmadığını, bəzi şəxslərin məqsədli şəkildə həmin məlumatı yaydığını açıqlamışdı.