COP29-da dini liderlər də iştirak edir
“Allah-təalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hər kəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir”.
Zeferinfo.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O xatırladıb ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir: “Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir.
Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir.
Mən arzu edirəm ki, burada qəbul olunan qərarlar bütün dünyada baş verən hadisələrə öz təsirini göstərsin. Çünki bizim işğaldan azad olunam torpaqlarımız da 30 il içərisində, demək olar ki, vəhşiliklə məhv edilib”.