Səfər çərçivəsində iştirakçılar Bakı şəhəri ilə yanaşı, Şamaxı, Qəbələ, Şəki və Qax bölgələrinin turizm imkanları ilə tanış olublar.
Tanışlıq səfəri müddətində Azərbaycan və Çinin, həmçinin Azərbaycan və Cənubi Koreyanın turizm sənayesi nümayəndələri arasında B2B görüşlər təşkil olunub və əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Çindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 51% faiz artımla 49 mindən çox ziyarətçi, Cənubi Koreyadan isə ötən ilin eyni dövrü ilə müqayisədə 10% artımla 13 mindən çox ziyarətçi gəlib.
