Ceyranbatan qəsəbəsində qaz KƏSİLƏCƏK

Bu gün saat 13:00-dan işlər başa çatanadək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı “Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan Zeferinfo.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan zaman Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.