Ceyhun Bayramov Şimali Makedoniya XİN rəhbərini regional vəziyyət barədə məlumatlandırıb

Ceyhun Bayramov Simali Makedoniya XIN rehberini regional veziyyet barede melumatlandirib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Timço Mutsunski ilə görüşüb.

Zeferinfo.az xəbər verir ki, bu barədə XİN sosial mediada məlumat yayıb.
Görüş zamanı nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib, tərəfdaşlığın daha da genişləndirilməsində yüksək səviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyətini vurğulayıblar.
Enerji, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları da müzakirə edilib.
Ceyhun Bayramov həmkarını münaqişədən sonrakı regional vəziyyət barədə məlumatlandırıb.