Ceyhun Bayramov Serbiyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanin Bas naziri ile gorusub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belqradda Serbiyanın Baş naziri Miloş Vuçeviçlə görüşüb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

C.Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma işləri və sülh səyləri barədə qarşı tərəfi məlumatlandırıb.