Ceyhun Bayramov Küveyt Vəliəhdini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb

Ceyhun Bayramov Kuveyt Veliehdini Cenubi Qafqazdaki veziyyetle bagli melumatlandirib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveytə səfəri çərçivəsində Vəliəhd Şeyx Sabah Xalid əl-Həməd əl-Mübarək əs-Sabah ilə görüşüb.

XİN-dən Zeferinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda Küveyt Dövləti arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub.

Danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib.

Tərəflər xüsusilə iqtisadi inkişaf, ticarət, investisiyalar, enerji təhlükəsizliyi və turizm sahələrində mövcud əməkdaşlıq imkanlarından istifadənin zəruriliyini vurğulayıblar.

Müzakirələr zamanı, həmçinin, Birgə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının bu tərəfdaşlığın sonrakı inkişafındakı rolu qeyd edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vəliəhd Şeyx Sabah Xalid əl-Həməd əl-Mübarək əs-Sabahı Cənubi Qafqazda vəziyyət, eləcə də postkonflikt dövründə aparılan bərpa işləri və əsasən də Azərbaycanın sülhün bərqərar olunması istiqamətindəki səyləri barədə məlumatlandırıb.