Ceyhun Bayramov: Açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib

Sülh Sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.
Zeferinfo.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
"Növbəti addım olaraq Azərbaycanın gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir", - C.Bayramov deyib.