Cenevrədə ermənipərəst parlamentarilərin Azərbaycan əleyhinə irəli sürdükləri qətnamə layihəsi rədd edilib

Bu barədə Zeferinfo.az-a səfirlikdən bildirilib.
Qeyd edilib ki, bununla yanaşı sözügedən Komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruga tərəfindən irəli sürülmüş və yalnız “məhbuslara” və “erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi də 5 əleyhinə, 4 lehinə, 3 bitərəf olmaqla həmçinin gündəlikdən çıxarılıb.
Qeyd edək ki, İsveçrə Parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında Cenevrə kantonal parlamentinin məlum təxribat xatakterli təşəbbüsünün birtərəfli və yalnız Azərbaycan tərəfinə tələblər sürdüyü bildirilib və belə yanaşmaya etiraz ifadə olunub.
İsveçrə Parlamentinin sözügedən qərarı bir daha radikal erməni qrupları tərəfindən dəstəklənən parlamentarilərin uğursuzluğunu nümayiş etdirib.