Cəfər Hüseynzadə NATO Baş katibinin köməkçisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruge Boris Azərbaycanın NATO yanında daimi nümayəndəsi Cəfər Hüseynzadə ilə görüşüb.
Zeferinfo.az xəbər verir ki, diplomat bu barədə "X" sosial media hesabında paylaşım edib.
Görüşə NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqon da qatılıb.
Görüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü ilə bağlı müzakirə aparılıb.