Zeferinfo.az komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "çay" yükü aparan vaqon "Cənub Astara" gömrük postunun "Astara Dəmir Yolu" gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı vaqonda olan "çay" yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kq 800 q narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.