Bu şəxslərin maaşı 35 faiz ARTDI - RƏSMİ
![Bu sexslerin maasi 35 faiz ARTDI - RESMI](https://zeferinfo.az/uploads/2025/02/3-908.jpg)
2026-cı ilə qədər 135 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq.
Zeferinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırma prosesinə qatılacaq.
Nazir qeyd edib ki, sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçən müəllimlərin maaşlarına artımlar ediləcək:
"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq. Bu əlavələr 10 faizdən 35 faizə qədər olacaq və nəticədə orta əməkhaqqının artmasına səbəb olacaq. 2023-cü ilin fevral ayında orta əməkhaqqı 790 manat təşkil etmişdi".
Sertifikatlaşdırmanın təhsil sektorunda keyfiyyətin artırılmasına töhfə verməsi gözlənilir.