Bu təcavüz nəticəsində amansızlıqla qətlə yetirilmiş 613 nəfərin arasında qadınlar, uşaqlar və yaşlı insanlar olmuşdur. 1275 nəfər əsir götürülmüşdür, 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.
Ermənilər Xocalını yerlə-yeksan etdilər, tarixi və mədəni abidələrimizi tamamilə məhv etdilər.
Ermənistan uzun illərdən bəri Azərbaycana qarşı etnik təmizləmə siyasətini həyata keçirməyi planlaşdırırdi. Və bu xalqımıza qarşı törədilən ən dəhşətli təcavüzlərdən biri oldu.
Bu qanlı faciəyə ilk hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verdi. O bu faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymət alması üçün mühüm addımlar atmışdır.
2020-ci ildə 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra ermənilərin vəhşiliyinin izi qalmış torpaqlarımızı işğaldan xilas etdi. Qazanılan şanlı Zəfərlə bütün şəhidlərimizin, düşmən tərəfindən başımıza gətirilən bütün müsibətlərin qisası alındı. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İnsanlar öz doğma yurdlarına qayıdaraq orada məskunlaşmağa başladılar.
Bizim təşkilatımız da, öz növbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşularaq uzun illər Avropanın siyasi mərkəzlərı olan Brüssel, Strasburq, Haaqa və digər şəhərlərdə Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir çox tədbirlər, konfranslar, mitinqlər, yürüşlər həyata keçirmişdir.
Bu gün qürurverici haldır ki, xalqla ordumuzun birliyi, qüdrətli olması bütün dünya ictimaiyyətinə bir daha isbat olundu.
Xocalı Soyqırımını törədənlər gec-tez ədalət qarşısında cavab verəcəklər!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ATXƏM İB-nin sədri: İlham İsmayılov