Bu ilin ilk altı ayında 166 aptekdə yoxlama aparılıb, 43-də nöqsan aşkarlanıb

Bu ilin ilk alti ayinda 166 aptekde yoxlama aparilib, 43-de noqsan askarlanib
Bu ilin yanvar - iyun ayları ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 166 aptekdə yoxlama keçirib.

Zeferinfo.az-ın əldə etdiyi məlumata görə, yoxlanılan apteklərdən 43-də nöqsanlar aşkarlanıb.

2025-ci ilin birinci yarımilində apteklərdə keçirilən yoxlamalardan 76-sı Bakıda, 90-ı isə respublikanın digər şəhər və rayonlarında baş tutub.

Sözügedən dövr ərzində 20 aptekdə plandan kənar, 4-ündə isə yoxlamadan kənar yoxlamalar aparılıb. Apteklərin 159-da isə planlı yoxlamalar həyata keçirilib (bəzi apteklərdə həm plandan kənar, həm də planlı yoxlamalar keçirilib - red.).

Qeyd edək ki, bu ilin birinci yarımilində ən çox apteklərin yoxlanıldığı dövr 2025-ci ilin aprel ayı olub. Belə ki, Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər və rayonlarında isə 45 aptek olmaqla ümumilikdə 58 aptek təftiş olunub. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb.