Bu ilin doqquz ayında Vətən müharibəsi iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib

Bu ilin doqquz ayinda Veten muharibesi istirakcilarina 206 minden cox tibbi xidmet gosterilib
Bu ilin ilk doqquz ayında Vətən müharibəsi iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib.

Bu barədə Zeferinfo.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində tibb müəssisələrinə ümumilikdə 7 043 şəhid ailəsi üzvü 38 min 837 tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında şəhid ailəsi üzvlərinə 142 min 122 müxtəlif adda tibbi xidmət göstərilib.

Vətən müharibəsi iştirakçılarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili nəticəsi olaraq tibb müəssisələrinə ümumilikdə 10 805 müharibə iştirakçısı 68 373 tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında onlara 206 min 614 müxtəlif adda tibbi xidmət göstərilib.

Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik, radioloji və s. kimi istiqamətlərdə olub.

Qeyd edək ki, hər iki həssas əhali qrupundan TƏBİB-in "815", eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" Çağrı Mərkəzindən daxil olmuş ümumilikdə 1212 müraciət araşdırılaraq cavablandırılıb.

Əlavə edək ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəhid ailələri və müharibə iştirakçıları ilə iş üzrə 161 nəfər koordinator çalışır.