Bu il üçün müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub

Bu il ucun mudafie ve milli tehlukesizlik xercleri melum olub

Bu il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri 2025-ci ilin proqnozu ilə müqayisədə 4 faiz çoxdur.

Zeferinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin 28,9 faizi həcmində və ya 12 milyard 53,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 465,6 milyon manat və ya 4 faiz çoxdur.

Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8 milyard 717,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün 3 milyard 336,3 milyon manat ayrılacaq.