Bu il ölkə ərazisində 5543 zəlzələ qeydə alınıb

Bu il olke erazisinde 5543 zelzele qeyde alinib

2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar qeydə alınıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında məlumat verilib.

Bildirilib ki, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.

Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar qeydə alınıb.

Back To Top